Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə keçirilmiş “Böyük İyirmilik” sammiti çərçivəsində ABŞ ilə Çin prezidentləri şirkətlər arasındakı əməkdaşlığın bərpa olunması yolunda şifahi razılaşma əldə etmişdilər. Intel və Qualcomm şirkətləri də daxil olmaqla digər ABŞ şirkətləri Huawei-yə məhsul satılmasının qadağan edilməsinin ləğvini lobbiləşdirdilər. Onlar qeyd etdilər ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş qadağa şirkətlərin bizneslərinin aparılmasına az təsir edəcək və ən böyük təsiri məhz yerli istehsalçılar görəcəklər.
Bununla belə ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib ki, hökumət əvvəlki kimi aparıcı texnologiyaları qorumağa davam edəcək və ABŞ şirkətləri üçüncü tərəflə özlərinin intellektual mülkiyyətlərini və ticarət sirlərini bölüşməməlidir. Nazirin sözlərinə əsasən ABŞ hökuməti milli təhlükəsizliyinə qarşı olan potensial təhlükəni özündə birləşdirən xarici məhsulların alışına hələ də qadağa qoyur. Bununla yanaşı bəzi ABŞ şirkətləri Huawei ilə əməkdaşlıq üçün yenə də lisenziya almalı olacaqlar.
Terefsiz.az