ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.
TEREFSİZ.AZ