ABŞ-ın Bağdaddakı səfirliyinə raket hücumu – FOTO

0
172

İraqın paytaxtı Bağdadda hökümət binalarının və ABŞ səfirliyinin də yerləşdiyi “yaşıl zona”ya üst-üstə raket zərbələri endirilib.

Terefsiz.az xəbər verir ki, ölkənin Səlahəddin bölgəsində ABŞ əsgərlərinin qaldığı Beled hərbi düşərgəsinə də bombalı hücumun olduğu haqqında xəbərlər yayılıb.

İraq hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, ABŞ səfirliyi yaxınlığına atılan iki roketdən sonra səfirlikdə xəbərdarlıq siqnalları işə düşüb.

“Yaşıl zona” avtomobillərin hərəkətinə qapadılıb.