“Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq”.
Terefsiz.az -ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə təbrikində qeyd olunub.