ABŞ-ın “F-35” bombardmançı təyyarələri Estoniyadakı Əmari aviabazasına çatıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumatda hazırda orada Fransanın “Mirage-2000” təyyarələri və Belçikanın F-16-larının yerləşdirildiyi vurğulanır. Amerika qırıcıları “Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını gücləndirmək” üçün aviabazaya gəliblər.
Baltikyanı ölkələrin hava məkanında patrul xidməti üçün uyğun təyyarələri yoxdur. Bu səbəbdən NATO ölkələrinin təyyarələri növbə ilə hava məkanını qoruyur.
Bundan əvvəl Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə Baltik dənizi blok üçün “daxili dənizə” çevriləcək.
terefsiz.az