ABŞ-ın Ohayo ştatında ticarət mərkəzində atışma olub

0
111

ABŞ-ın Ohayo ştatının Kolambus şəhərində ticarət mərkəzində atışma bir nəfərin həyatına son qoyub.

“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə yerli 10TV kanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vəziyyət nəzarət altındadır. Polis hadisə yerində odlu silah tapıb, həmçinin şübhəli bilinən şəxsi istintaqa cəlb edib.

Hazırda polis ticarət mərkəzinin ərazisində yoxlama aparır.

TEREFSİZ.AZ