ABŞ – ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.
Terefsiz.az saytı rus KİV-inə istinadən xəbər verir ki, səfir istefa barədə müraciətini ABŞ prezidenti Donald Trampa göndərib.
Hantsman 2019-cu ilin 3 oktyabr tarixində səfir postunu tərk edəcək.
“Mən xarici siyasətimizin hədəfinə kifayət qədər diqqət ayrılacağını təmin edən səlahiyyətlərimi rahat təhvil vermək üçün səy göstərəcəm”, – deyə səfir müraciətində bildirib.
Hantsman 2017-ci ilin oktyabr ayından Rusiyada ABŞ-ın səfiridir.
Ehtimal edilir ki, o, Yuta ştatı qubernatoru postu uğrunda keçiriləcək seçkilərdə yenidən gücünü sınayacaq. O, 2005-2009-cu illər arasında bu postu tutub.
Terefsiz.az