ABŞ Maliyyə nazirinin maliyyə kəşfiyyatı və terrorizmə qarşı mübarizə üzrə müavini, sanksiyalar siyasətinə nəzarət edən Siqal Mandelker vəzifəsini tərk edəcək.
Terefsiz.az saytı report.az – a istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin söyləyib.
“O, dünya təhlükəsizliyini təmin etmək üçün iqtisadi mexanizmlərimizin gücündən istifadə edən güclü tərəfdar idi. Siqal yayda mənə müraciət edərək özəl sektora getmək istədiyini bildirmişdi”.
Qeyd edək ki, Mandelker, 2017-ci ilin yayından maliyyə kəşfiyyatı və terrorizmə qarşı mübarizə idarəsinə rəhbərlik edib. İran, Rusiya, Venesuela və Şimali Koreyaya qarşı maliyyə sanksiyalarının tətbiq edilməsindən məsul şəxs olub.
Terefsiz.az