ABŞ Konqresinin komitəsi İrana qarşı sanksiyalar qanun layihəsini dəstəkləyib

0
71

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İranın dini lideri ayətullah Xomeyni və prezident İbrahim Rəisi, eləcə də nazirlər və digər dövlət rəsmilərinə insan haqlarının pozulması və terrorizmə dəstək verdiyinə görə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

“Terefsiz.az” xəbər verir ki, qanun layihəsi indi Nümayəndələr Palatasının tam iclasında səsə qoyulmalıdır.

Konqresmenlərin fikrincə, sanksiyalar tətbiq edilməli olan şəxslərin siyahısına İranın dini lideri, eləcə də onun ofisinin əməkdaşları daxildir.

Bundan əlavə, İran prezidentinə və onun ofisində olan hər hansı məmura, o cümlədən nazirlər və prezident müavinlərinə qarşı sanksiyaların tətbiq olunacağı gözlənilir.

Sanksiyalar İranın dini liderinin dəftərxanasının nəzarətində olan və insan hüquqlarının pozulmasının maliyyələşdirilməsi və ya törədilməsi, terrorizmin dəstəklənməsi ilə məşğul olan istənilən hüquqi şəxslərə, o cümlədən fondlar və iqtisadi təşkilatlara şamil edilə bilər.

ABŞ Maliyyə Nazirliyinin və ya Dövlət Departamentinin məsləhəti ilə şəxslərə qarşı məhdudiyyətlər də tətbiq oluna bilər.

terefsiz.az