ABŞ Konqresinin Nümayəndələr Palatası 840 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

0
123

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) təxminən 840 milyard dollar məbləğində olan müdafiə büdcəsi layihəsini təsdiqləyib.

“Terefsiz.az” xəbər verir ki, layihəni 329 konqresmen dəstəkləyib, 101-i əleyhinə çıxıb.

ABŞ Konqresinin Senatı da müdafiə büdcəsi layihəsinin öz versiyasını təsdiq etməlidir. Bundan sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya çağırılacaq. Hər iki palata razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, yalnız bundan sonra imza üçün prezident Cozef Baydenə göndəriləcək.

terefsiz.az