ABŞ Livana hərbi yardımın verilməsini dondurub

0
121

ABŞ Livana 105 milyon dollarlıq hərbi yardımın verilməsini dondurub.

Terefsiz.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Evin Büdcə İdarəsi və Milli Təhlükəsizlik Şurasının Livana ediləcək hərbi yardımın dondurulması məsələsi ilə bağlı Konqresi məlumatlandırıb.

Bildirilib ki, yardım rəsmi Beyruta cari ilin may ayında vəd olunub. ABŞ Livana sərhədlərin qorunmasının təmin olunması üçün avadanlıq, o cümlədən gecəgörmə cihazları və silah verəcəyinə boyun olub. Dövlət Departamentinin nümayəndəsi Ağ Evin bu addımının səbəbini açıqlamayıb.

Qeyd edək ki, Livanın qərbyönlü baş naziri Saad Xariri istefa verib. Hazırda ölkədə etiraz aksiyaları keçirilir.