ABŞ piyada əleyhinə minaların istehsalını və istifadəsini dayandırır

0
93

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası piyada əleyhinə minaların istehsalına və satışına moratorium qoyur, həmçinin bütün ehtiyatları məhv edəcək.

“TEREFSİZ.AZ” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.

ABŞ-ın piyada əleyhinə minalarla bağlı siyasətinin dəyişdiriləcəyi bildirilir. İndi Vaşinqton bu silahların istifadəsini məhdudlaşdırmaq öhdəliyi götürmüş dünya ölkələrinin böyük əksəriyyətinə qoşulur.

Beləliklə, ABŞ-ın xarici siyasəti Ottava Konvensiyasının əsas tələblərinə uyğunlaşdırılıb.

TEREFSİZ.AZ