ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib

0
267

ABŞ hökuməti Rusiyaya dair sanksiya siyahısını genişləndirib.

Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.

Terefsiz.az