ABŞ: “Şimal axını -2 ” layihəsinin gerçəkləşməsinə imkan verməməliyik
Terefsiz.az saytı xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, Vaşinqton Rusiyaya “Şimal axını -2” qaz kəməri layihəsini həyata keçirməyə mane olmalıdır.
Bu barədə TASS məlumat yayıb.
Dövlət katibinin fikrinə görə, bu qaz kəməri Rusiya tərəfindən Avropaya təzyiq aləti kimi istifadə olunacaq.
“Rusiya “Şimal axını-2” qaz kəməri layihəsindən Avropaya təzyiq vasitəsi kimi istifadə edəcək. Biz buna imkan verməməliyik”,- deyə Pompeo bəyan edib.
Terefsiz.az