ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400”zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.
Terefsiz.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də “reaksiyaya” səbəb ola bilər.
Terefsiz.az