ABŞ təyyarəsindən təhlükəli uçuş: Rusiya sərhədlərində…

0
267

ABŞ təyyarəsi Krım və Krasnodar vilayətinin sərhədlərində, həmçinin Ukraynanın Donbas bölgəsi üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Terefsiz.az xəbər verir ki, bu haqda “PlaneRadar” resursunun məlumatlarında bildirilir.

Məlumata görə, bu gün səhər pilotsuz “RQ-4B-40 Global Hawk” təyyarəsi Siciliya adasında yerləşən Siqonella NATO təyyarə bazasından qalxıb. Dron Yunanıstan, Bolqarıstan və Rumıniyanın hava məkanından keçərək Donbasda təmas xətti boyu kəşfiyyat uçuşuna başlayıb. Aparat demək olar ki, altı saat Ukraynanın cənub-şərqinin hava məkanında işləyib.

Bundan sonra, “Global Hawk” Krım və Krasnodar sərhədlərində kəşfiyyat uçuşu həyata keçirib.

İstinad: Publika.az

Terefsiz.az