ABŞ Ukraynaya büdcə dəstəyi üçün 9,9 milyard dollar ayırmağı planlaşdırır

0
102

ABŞ hakimiyyəti yaxın aylarda Ukraynanın büdcəsini dəstəkləmək üçün daha 9,9 milyard dollara yaxın vəsait ayırmaq niyyətindədir.

“Terefsiz.az” xəbər verir ki, bunu Dövlət Departamentinin Digər Dövlətlərə Yardım İdarəsinin direktoru Dafne Rend deyib.

Onun sözlərinə görə, indiyədək ABŞ bu məqsədlər üçün 13 milyard dollar ayırıb:

“Konqreslə işləyərək, qarşıdakı aylarda daha 9,9 milyard dollar ayırmağı planlaşdırırıq”.

terefsiz.az