ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Bu barədə “Terefsiz.az” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
Bu paketə, xüsusən, “M142 HIMARS” reaktiv yaylım atəş sistemləri və haubitsalar üçün döyüş sursatı, “Bradley” piyadanın döyüş maşınları üçün sursat və ponton keçidləri daxildir.