ABŞ ən qısa zamanda Ukraynaya 775 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün döyüş sursatları, 105 mm çaplı 16 haubitsa və onlar üçün 36 min mərmi daxil ediləcək.
Bundan əlavə, Ukraynaya 15 ədəd “Sky Eagle” pilotsuz uçuş aparatı, HARM antiradar raketləri, tank əleyhinə TOW kompleksləri və 1000 ədəd “Javelin” tank əleyhinə raket kompeksi veriləcək.