ABŞ və Ukraynanın müdafiə nazirləri raket sistemlərinin tədarükünü müzakirə ediblər

0
176

ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Ostinlə Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Todd Braissay departamentin rəsmi saytında məlumat yayıb.

Tərəflər söhbət zamanı raket sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.

Danışıqlarda Ostin dövlət katibi Reznikovu əmin edib ki, Birləşmiş Ştatlar Ukraynaya avadanlıq göndərmək üçün hər cür səy göstərir.

Pentaqon rəsmisi, həmçinin Ukrayna Silahlı Qüvvələrinə dörd HIMARS veriləcəyini bildirib.

terefsiz.az