ABŞ və Çin mayın sonu və ya iyunun əvvəli ticarət sazişi imzalaya bilərlər.
Terefsiz.az bildirir ki, sazişin imzalanmasında əvvəl tərəflər bir neçə dəfə danışıqlar keçirmək niyyətindədirlər.
Təxminən 2 həftə sonra ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer Pekinə səfər edəcəklər. Bundan bir həftə sonra Çinin baş nazirinin müavini Lyu Xenin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona səfər edəcək.
Məlumata əsasən, danışıqlar uğurlu keçərsə tərəflər may ayının sonu və ya iyun ayının əvvəli ticarət sazişi imzalayacaqlar.
Terefsiz.az