Son üç ay ərzində Abşeron dairəvi dəmir yolu xətti ilə 1,3 milyon sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrünün göstəricisindən 43 % çoxdur.
“Terefsiz.az” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Strateji və Korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda həmin marşrut üzrə gündəlik olaraq 25 minə yaxın sərnişin daşınır.