Abşeronda 22 yaşlı gənc kürəyindən bıçaqlanıb.
“TEREFSİZ.AZ”ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Əkbər Namiq oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
TEREFSİZ.AZ