Adam öldürüb qaçan azərbaycanlı 13 il sonra tapıldı

0
128

Rusiyanın Arxangelsk vilayətində qətl törədərək qaçıb gizlənən azərbaycanlının məhkəməsi olacaq.

Terefsiz.az Echosevera.ru-ya istinadən bildirir ki, vilayət prokurorluğundan verilən məlumata istinadən xəbər verir ki, 36 yaşlı Azərbaycan vətəndaşı Ruslan Mansurov 13 il əvvəl adam öldürüb və ölkədən qaçaraq gizlənib.

Məlum olub ki, tanışı ondan 50 min rubl (1,385 AZN) qarşılığında otaq yoldaşını öldürməsini istəyib.

Buna razı olan Mansurov qurbanına Koryajma getmək təklif edib və buna razılaşan şəxsi meşəyə aparıb.

Orada həmin şəxsi altı bıçaq zərbəsi ilə qətlə yetirərək öldürüb.

Hadisəni törətdiktən sonra o, Rusiya ərazisindən çıxaraq əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda gizlənib.

2019-cu ilin sentyabrında Ukraynada Odessa aeroportunda pasport yoxlanışı zamanı aşkar edilən R.Mansurov Rusiyaya təhvil verilib.

O, törətdiyi əməli etiraf etməyib.

Cinayət işi yekunlaşdırılaraq baxılması üçün Arxangelsk Regional Məhkəməsinə göndərilib.

istinad:oxu.az