Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan… – VİDEO

0
821

Mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar və müridləri haqqında hazırlanan istintaq dosyesi ilə bağlı detallar açıqlanıb.

Terefsiz.az xəbər verir ki, sorğu nəticəsində Adnan Oktarın yaş fərqi qoymadan bütün qadınlarla cinsi əlaqəyə girdiyi və yanına göndərilən qızları alt paltarsız istədiyi ortaya çıxıb.

Onunla cinsi əlaqədə olan qadınlardan biri Dilarə Aktunç ifadəsində bildirib ki, Oktarla 6-7 yaşında tanış olub: “Oktarın qarşısına çıxacağım zaman təmiz olmağımı, çimməyimi söylədilər. Onun qarşısında rahat davranmağım, heç nədən çəkinməməyim üçün tənbeh etdilər. 6 yaşımdan 17 yaşıma qədər hər görüşümüzdə mənimlə evlənəcəyini söyləyərdi. Hər gedişimdə ayağa qaldırıb böyüməyimə baxmaq istəyər, nəbzimi yoxlamaq bəhanəsilə qucağına oturdub təcavüz edərdi. Təcavüzləri 15 yaşımda daha kəskin hal aldı”.

Təşkilatın üzvlərindən olan Beril Koncagül isə Adnan Oktarın pedofil olması ilə bağlı həqiqətləri etiraf edib: “Təşkilatın xarici qolu olan İbrahim Tuncer xaricdə çəkdiyi qız fotolarını Oktara göstərdi. Onun bəyəndikləri Türkiyəyə gətirildi. O, “normalda qız uşağı 7-8 yaşından etibarən cinsi əlaqəyə girə bilər. Bu qızlar körpə olurlar” demişdi”.

Etirafçılardan biri Revnak Eti isə polisə ifadəsində bunları deyib: “Adnan Oktar bir gün “həmişə özünüz üçün işləyirsiniz. Gələn-gedən yoxdur. Əlinizin altındakılarını çıxarın” dedi. Miray adlı qızla sevgili olduq, sevişdik. Sonra onu Oktarın yanına apardım. Qızlardan dekolteli geyim geyinməsini istədim. Çünki Adnan Oktar alt paltarsız və dekolteli geyinən qızları xoşlayırdı”.

Qeyd edək ki, Adnan Oktar və təşkilatının üzvləri 30-a yaxın cinayətdə ittiham edilirlər.

İstinad: Publika.az

Terefsiz.az