AEBA İranın Fordodakı nüvə obyektinə nəzarəti gücləndirir

0
91

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Fordodakı nüvə obyektinə nəzarət etmək üçün fəaliyyətini gücləndirmək niyyətindədir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün bildirib ki, İran Fordo yanacaq zənginləşdirmə zavodunda mövcud iki IR-6 sentrifuqa kaskadından istifadə etməklə yüksək zənginləşdirilmiş uranın – 60%-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) istehsalına başlayıb” – məlumatda deyilir.

Qeyd edək ki, AEBA Rəhbərlər Şurası İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə, sənədləri və bu obyektlərə girişi təmin etməyə çağırıb.

terefsiz.az