AEBA Rusiyanı “Zaporojye” AES ərazisində fəaliyyətini dərhal dayandırmağa çağırır

0
91

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarəetmə Şurası Rusiyanı “Zaporojye” Atom Elektrik Stansiyasının (AES) ərazisində fəaliyyəti dayandırmağa çağırmağı planlaşdırır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Polşa və Kanada nümayəndələrinin hazırladığı sənəd layihəsində deyilir.

Sənəddə Rusiyanın hərəkətlərinin bu obyektlərin və onların mülki personalının təhlükəsizliyinə ciddi və birbaşa təhdidlər yaratdığı və bunun da nüvə qəzası riskini xeyli artırdığı əks olunur.

Bundan əlavə, AEBA Rusiyanın Ukraynadakı nüvə obyektlərinə qarşı davam edən zorakı hərəkətlərini, o cümlədən orada hərbçilərin və “Rosatom” əməkdaşlarının olmasını pisləyir.

Bildirək ki, İdarəetmə Şurası Baş Konfransla birlikdə AEBA-nın iki rəhbər orqanından biridir. Bura 35 ölkə, o cümlədən Rusiya daxildir.

terefsiz.az