Afrika ölkələrindən fillərin ixracına qadağa qoyulub

0
189

Afrika fillərinin Zimbabve, Botsvana, Namibiya və Cənubi Afrika Respublikasından digər qitələrə satışına qadağa qoyulub.

Terefsiz.az saytı DW-yə istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı və “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CİTES – The Convention on İnternational Trade in Endangered Species of Wild Fauna and Flora) üzvü olan 182 dövlət Cenevrədə keçirilən beynəlxalq konfransda qərar qəbul edib. 

Fillərin heyvanxanalara və sirklərə satışını məhdudlaşdıran bu qərar onların təbii mühiti olan bölgələrə daşımasına hər hansı maneə yaratmır. Almaniyanın “Pro Wildlife” təşkilatının məlumatına görə, qərara qarşı ən çox çıxan ölkə Zimbabvedən 2012-2017-ci illər ərzində Çinə azı 108 fil balası ixrac olunub. Namibiya hökuməti isə CİTES-dən çıxacağını bildirib.

“Pro Wildlife” təşkilatının nümayəndəsi Daniela Frayer bildirib:

“Fillər əqli səviyyəsi yüksək, sosial heyvanlardır. Belə ki, öz sürüsündən qoparılan fillər dərin sarsıntı keçirir və bunun fəsadlarını ömürboyu yaşayır, davranışları dəyişir, çox vaxt erkən dünyalarını dəyişirlər”.

Bununla belə, Avropa İttifaqının səyilə konfransın yekun qərarına daxil edilən bəndə görə fövqəladə hallarda fillər CİTES komitəsinin xüsusi icazəsi ilə satıla bilər.

Terefsiz.az