Rusiyanın Ukraynaya hücumu və Tayvanla bağlı gərginlik ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının lideri Si Szinpin arasında bu həftə gözlənilən telefon danışığında diqqət mərkəzində olacaq.
“Terefsiz.az”ın “Reuters”ə istinadən verdiyi məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının baş nümayəndəsi Con Kirbi bildirib.
Telefon danışığında iki ölkə arasındakı iqtisadi rəqabətin idarəçiliyinə də toxunulması gözlənilir.
O, qeyd edib ki, Tayvanla bağlı gərginlikdən tutmuş Ukraynadakı müharibəyə qədər hər şey və iki ölkə arasındakı rəqabət, xüsusən də iqtisadi sahədə mübarizə danışıqlar mövzusu olacaq.
Bu, iki lider arasında beşinci telefon danışığı olacaq.
İyulun 21-də məlum olub ki, ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Sxinpinlə qarşıdakı on gün ərzində telefonda danışacağını gözləyir. ABŞ dövlət başçısı qeyd edib ki, çinli həmkarı ilə ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. Bayden həmçinin bildirib ki, ABŞ hərbçilərinin fikrincə, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri pis ideyadır, çünki hazırda Pekinin iddia etdiyi adaya getməyə dəyməz.
Qeyd edək ki, daha əvvəl Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı “güclü tədbirlər” elan edib.
terefsiz.az