Ağ Ev erməni lobbiçilərini növbəti dəfə yalan danışmaqda ittiham etdi

0
117

Ağ Evin mətbuat katibi Stefani Qrişem ABŞ prezidenti Donald Trampa qarşı impiçment elan edilməsinin səbəblərini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, Qrişemin sözlərinə görə, demokratlar bu yola əl ataraq 2020-ci ildə keçiriləcək seçkilərə təsir etməyə çalışıblar.

“Demokratların bütün bu cəhdləri 2016-cı ilin seçkilərinin nəticələrinə kölgə salmaq və 2020-ci ildə keçiriləcək seçkilərə təsir etmək məqsədi güdürdü. ABŞ prezidenti demokratların bu biabırçı addımına göz yumaraq işini davam etməyə ümid edir”, – deyə Ağ Evin mətbuat katibi əlavə edib.

Həmçinin Qrişem  erməni lobbiçiliyi ilə və bu səbəbdən Azərbaycana qarşı əsassız ittihamları ilə yadda qalan Nümayəndələr palatasının spikeri Nensi Pelosini və palatanın Kəşfiyyat üzrə komitəsinin rəhbəri Adam Şiffi saxtakarlıqda və yalan danışmaqda günahlandırıb.

“Görəsən bu şəxslər öz yalanlarına görə məsuliyyət daşıyacaqlarmı?”, – deyə S.Qrişem vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Nümayandələr palatasına seçkilər prezident seçkiləri ilə paralel olaraq noyabrın üçü baş tutacaq.

istinad:oxu.az