Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən gedir.
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında məlumat verib.
Terefsiz.az saytı xəbər verir ki, o, S.Sandersin iyunun sonunda vəzifəsindən gedəcəyini bildirib. Tramp, Sarah Sandersin vəzifədə olduğu üç ildən artıq müddətdə çox yaxşı işlər gördüyünü qeyd edib.
“Üç il yarımlıq işdən sonra bizim görkəmli Sara Sanders Ağ Evi tərk edəcək və böyük Arkanzas ştatındakı evinə gedəcək”, – deyə Tramp bildirib.
Terefsiz.az