Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə əməliyyat olunacaq.
Terefsiz.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran bildirib. O, Xalq artistinin bu dəfə daha ağır əməliyyat keçirəcəyini deyib:
“Sabah mənimçün önəmli gündür. İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkimlər, doğmaları onun üçün dua edir. Çünki çox ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq”