Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Terefsiz.az xəbər verir ki, iyunun 20-də saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Göygöl rayon sakini Yaşar Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.
Ağır yaralanan sürücü və həyat yoldaşı Sevda Hacıyeva xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səylərinə baxmayaraq, Yaşar Hacıyev iyunun 21-də dünyasını dəyişib.
İstinad: oxu.az
Terefsiz.az