Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.
S.Rüstəmov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları tərəfindən K.İsmayılov saxlanılıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbriləri davam etdirilir.
istinad:oxu.az