Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı

0
161

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ağciyər xərçənginin dəqiq diaqnozunu qoymağa kömək edən nanohisssəciklər hazırlayıblar.

Bu barədə “Science Translational Medicine” jurnalında yerləşdirilmiş məlumatda deyilir.

Yeni test nanohissəciklərin insan bədənində şiş olan yerlərdə yığılmağına əsaslanır. Belə hissəciklər orqanizmə yeridildikdən sonra həkimlər sidiyi təhlil edirlər və əgər markerlər aşkar edilirsə, bu, xərçəngin olduğunu təsdiqləyir.

Yeni metod hələ siçanlar üzərində sınaqdan keçirilib. Nanohissəcikləri tətbiq etməklə alimlər xəstəliyi heyvan xərçəngə yoluxduqdan 7,5 həftə sonra müəyyən edə biliblər. Bu mərhələdə siçanların ağciyərlərində şişin ölçüsü 2,8 kub millimetrdən az idi və orqanizmə hələ yayılmamışdı.

Tədqiqata əsasən, bu metod onkoloji xəstəliyin müxtəlif mərhələlərini seçməyə imkan verir.

Bildirilir ki, markerlər siqaret çəkənlərdə müşahidə olunan və tomoqrafiyada çox vaxt xərçənglə səhv salınan ağciyər iltihabını da müəyyənləşdirir.

istinad:oxu.az