Aİ-nin 27 ölkəsindən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır

0
100

Avropa İttifaqında (Aİ) təmsil olunan 27 ölkədən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır.

Bu barədə Aİ-nin ədalət və qanunun aliliyi üzrə komissarı Didye Reynders bildirib.

Ümumilikdə Aİ ərazisində 14 milyard avroluq Rusiya aktivlərinin dondurulduğu təxmin edilir.

Bunlardan 12,7 milyard avro altı dövlətin – Fransa, Almaniya, Avstriya, İrlandiya, Belçika və Lüksemburqun payına düşür.

terefsiz.az