Aİ-nin xüsusi nümayəndəsi: “Mənə azərbaycanlılara qarşı hərbi cinayətlərin videoları göndərilib”

0
80

“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib”.

“Terefsiz.az” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.

“Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var”, – o qeyd edib.

terefsiz.az