“Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi”.
“Terefsiz.az” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviterdə yazıb.
“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.