Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı
Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin şirkətlərinin 75 faizi ölkəyə yenidən investisiya qoya biləcəklərini bəyan edirlər.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə Aİ tərəfindən hazırlanan 2019-cu il üzrə biznes mühiti hesabatında deyilir.
Aparılan sorğunun məqsədi Aİ şirkətlərinin fikirlərinə əsaslanaraq Azərbaycandakı cari makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühiti haqqında məlumat verməkdir.
Şirkətlər diqqəti Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün önəmli olan beş amil üzərində cəmləşdiriblər.
Belə ki, Aİ şirkətlərinin qənaətincə, biznes mühitinin təşkili üçün siyasi və sosial sabitlik, ixtisas və bacarıqlar, məhsuldarlıq, əməyin dəyəri və immiqrasiya istiqamətlərində yaradılan qənaətbəxş şərait xarici şirkətləri Azərbaycana yenidən investisiya yatırmağa təşviq edir.
Terefsiz.az