Aİ Türkiyədəki prezident seçkilərinin təşkilini alqışlayıb

0
64

“Avropa İttifaqı (Aİ) mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərinin şəffaf keçirilməsini və səsvermə zamanı yüksək fəallığı demokratiyanın bariz nümunəsi kimi qiymətləndirir”.

“Terefsiz.az” xəbər verir ki, bu, Aİ-nin Türkiyədəki prezident seçkiləri ilə bəyanatında öz əksini tapıb.

Qeyd edilib ki, qurum seçkilərin təşkilini alqışlayır: “Aİ seçkilərin şəffaf və etibarlı şəkildə keçirilməsinə böyük əhəmiyyət verir. Aİ yeni parlamentin öz funksiyalarını yerinə yetirməsini səbirsizliklə gözləyir”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

terefsiz.az