Aİ Ukraynadan elektrik enerjisi idxalını iki dəfə artırmağa hazırlaşır

0
91

Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Ukrayna elektrik enerjisinin idxalını iki dəfə artırmaq niyyətindədir.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə “RBC-Ukraina” Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Aİ diqqəti müharibə şəraitində Ukraynanın elektrik və qaz təchizatı sistemlərinin səmərəliliyinin təmin edilməsinə yönəldib.

“Elektrik və qazın axınının davam etməsi faktı Ukraynanın energetika sektorunda çalışanların qeyri-adi qətiyyətinə və öhdəliyinə dəlalət edir”, – o deyib.

O, həmçinin vurğulayıb ki, 2022-ci ilin martında Ukraynanı rekord sürətlə Avropa şəbəkəsi ilə sinxronlaşdırmaq mümkün olub.

“İlk transsərhəd kommersiya enerji mübadiləsi iyunun sonunda Rumıniya, ardınca iyulda Slovakiya ilə başladı. Ticarət gücü hazırda 100 MVt ilə məhdudlaşdırılıb, lakin Avropanın elektrik enerjisi üzrə şəbəkəsi bu həftə bir araya gələrək bu məbləği iki dəfə artırmağa hazırlaşır”, – Simson əlavə edib.

terefsiz.az