Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avroluq beşinci tranşın Ukraynaya ayrılması ilə bağlı yekun qərar qəbul edib.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.
“Ukrayna üzrə Təmas Qrupunun nazirlər səviyyəsində keçirilən iclasında Aİ-yə üzv ölkələr Ukrayna silahlı qüvvələrinə gələcək dəstək üçün 500 milyon avro həcmində hərbi yardımın beşinci tranşını səfərbər etmək barədə razılığa gəliblər”, – o deyib.
Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.
Beləliklə, Aİ 2022-ci ilin martından Kiyevə hərbi yardım üçün artıq 2,5 milyard avro ayırıb. Bu pul Ukraynaya silah tədarük edən Aİ ölkələrinə kompensasiya kimi istifadə olunur.