Airpods qulaqlıqları onun mədəsində tapıldı

0
346

Terefsiz.az saytı xəbər verir ki Maraqlı bir hadisə Tayvandan olan Ben Hsu adlı şəxs ilə baş verib. Belə ki, günlərin birində gecə yatan zaman o bilmədən AirPods qulaqlıqlarından birini udub.

Ben-in gecə yatarkən AirPods qulaqlıqlarından birini necə udması barəsində bir fikir yoxdur. Bu məsələ bizə də sirr olaraq qalır.

O sadəcə olaraq bildirib ki, hər iki qulaqlıq qulaqlarına taxılı vəziyyətdə yuxuya gedib və səhər oyananda görüb ki, sadəcə olaraq bir qulaqlıq var. Find My AirPods funksiyası vasitəsilə Ben qulaqlığa siqnal göndərib və aşkar edib ki, qulaqlığın bir tayı onun mədəsində yerləşir. Heç bir diskomfort yaşamasa da Ben dərhal xəstəxanaya yollanıb. Xəstəxanada edilmiş rentgen öz növbəsində təsdiq edib ki, AirPods-un bir tayı həqiqətən də Ben-in mədəsində yerləşir.

Həkimlər ona bildiriblər ki, sadəcə olaraq gözləmək lazımdır. Ya qulaqlıq təbii yolla mədədən çıxacaq, ya da Ben-i əməliyyat etmək lazım gələcək. Xoşbəxtlikdən bıçaq altına uzanmaq lazım gəlməyib. Müəyyən müddətdən sonra AirPods-un bir tayı təbii yolla mədədən çıxıb. Bununla belə mədədən çıxmış AirPods tam işlək vəziyyətdə olub və 41% enerjiyə sahib olub. Qeyd etmək lazımdır ki, AirPods qulaqlıqları sudan və ya hər hansı bir digər mayedən qorunma özəlliyinə sahib deyil.

Terefsiz.az