UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Ajax – Tottenham matçına təyinatlar açıqlanıb.
Terefsiz.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını Deniz Aytekin yerinə yetirəcək. Matçın VAR hakimləri Bastian Dankert və Marko Frits olacaq.
Ajax – Tottenham matçı mayın 8-də, saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda Ajax 1:0 hesablı qələbə qazanıb.