AK Prezidenti: “Rusiyanın Ukraynaya raket zərbələri və dron hücumu terror aktıdır”

0
74

“Rusiyanın Ukraynanın elektrik stansiyalarına və infrasturkturuna raket zərbələri endirməsi, dronlarla hücumu hərbi cinayətlərə bərabər terror aktlarıdır”.

“Terefsiz.az” BBC-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

“Dünən (oktyabrın 18-də-red.) biz yenidən Rusiyanın Ukraynanın mülki obyektlərinə nöqtəvi hücumlarının şahidi olduq. Belə hallar beynəlxalq qaydalarda çox aydın göstərilib. Bunlar müharibə cinayətləridir”, – o vurğulayıb.

Avropa Komissiyasının rəhbəri söyləyib ki, qışın gəlişi ilə kişiləri, qadınları, uşaqları sudan, elektrik enerjisindən və istilikdən mərhum etmək sırf terror aktıdır: “Bunu belə adlandırmaq lazımdır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları oktyabrın 10-dan indiyədək ölkəsinin elektrik stansiyalarının 30 faizini məhv edib. Ona görə də ölkədə boyu elektrik enerjisinin verilişində böyük fasilələr yaranıb.

terefsiz.az