Aleksandar Vuçiç: “Serbiya nə NATO-ya, nə də KTMT-ya qoşulmayacaq”

0
183

Serbiya hərbi neytrallıq siyasətinə sadiq qalacaq və nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayacaq.

Terefsiz.az  “TASS”a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında deyib.

“Rusiyaya münasibətdə siyasətimizi dəyişməyəcəyik, qardaş münasibətlərimizdə qalacağıq.

Lakin nə NATO-ya, nə də KTMT-ya qoşulmayacağıq. Baş verənlər ( “casus qalmaqalı” Rusiyanın Serbiyadakı hərbi attaşesinin nümayəndəsi ilə əlaqəli hadisə) bizim hərbi neytrallıq və müstəqillik mövqelərimizi daha da gücləndirdi”.

istinad:report.az