Aleksey Arestoviç: “Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir”

0
70

Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına münasibət bildirib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə o, feysbukda yazıb.

“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb.

İki il yarım əvvəl sülh müqaviləsi bağlanandan sonra dedim ki, bu hələ başlanğıcdır. Hər şey sizin (Azərbaycanlılar – Red) olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb.

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. İnsan ancaq paxıllıq edə bilər”-deyə, o bildirib.

terefsiz.az