Ali Məhkəmə “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib

0
69

Ali Məhkəmənin Plenumu “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub: “Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.

terefsiz.az