Ali Rada deputatı: “Ukrayna qışı Rusiyanın enerji daşıyıcıları olmadan keçirəcək”

0
85

“Ukrayna 2022-2023-cü il isitmə mövsümünü Rusiyanın enerji daşıyıcıları olmadan keçirəcək”.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın Xidmətçisi” partiyasından deputatı Mixail Laba bildirib.

O qeyd edib ki, Prezident və Ali Rada kommunal xidmətlərə görə tariflərin müharibədən əvvəlki vəziyyətdə qalması üzərində iş aparır:

İndiyədək anbarlara 13 milyard kubmetr qaz vurulub. Biz hələ elektrik enerjisinin ixracı ilə də məşğul oluruq. Bu o deməkdir ki, Ukrayna qışa hazırdır. İmkanların səfərbər edilməsi və isitmə mövsümünün təminatını həyata keçirmək üçün Ukraynanın Energetika Nazirliyi yanında Operativ Qərargah yaradılıb. Aİ də bizi dəstəkləyir. Bizim Polşa və Slovakiya ilə tranzit idxal yollarımız açıqdır. Ehtiyac olarsa, bu ölkələrdə Ukraynaya böyük həcmdə qaz tədarük ediləcək.

Ursula Fon Der Lyayenin də dediyi kimi Ukrayna Avropanın təhlükəsizliyi üçün özünü qurban verir. Bu səbəbdən, biz Aİ və digər beynəlxalq tərəfdaşlarla birgə isitmə mövsümünə hazırlaşırıq“, – o əlavə edib.

terefsiz.az