Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

0
88

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 1 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar

Say

(nəfər)

İxtisasın kodu İxtisasın adı
4 131113 Kompüter elmləri (tədris ingilis dilində)
4 131162 Biznesin idarə edilməsi (tədris ingilis dilində)
3 131195 Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
1 131179 İqtisadiyyat (tədris ingilis dilində)
1 131154 Kompüter mühəndisliyi (tədris ingilis dilində)
2 131187 Maliyyə (tədris ingilis dilində)
3 131235 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)
3 121248 Tibb (tədris ingilis dilində)
1 141174 Neft-qaz mühəndisliyi (tədris ingilis dilində)

 

Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say

(nəfər)

İxtisasın kodu İxtisasın adı
22 137173 Məşqçilik
35 137165 Məşqçilik
1 148862 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
21 137157 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
3 145727 Məşqçilik
1 145679 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

 

Fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say

(nəfər)

İxtisasın kodu İxtisasın adı
7 141133 Kimya mühəndisliyi (tədris ingilis dilində)
2 131138 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində)
1 118146 Elektrik və elektronika mühəndisliyi
1 114225 Elektrik və elektronika mühəndisliyi
1 112687 Biologiya
8 131113 Kompüter elmləri (tədris ingilis dilində)
4 141117 İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində)
1 123184 İnformasiya texnologiyaları
4 129284 Politologiya
2 111771 Tarix müəllimliyi
2 112443 Tarix
1 122211 Tarix və coğrafiya müəllimliyi
3 111747 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
6 141158 Kompüter mühəndisliyi (tədris ingilis dilində)
2 131146 İnformasiya texnologiyaları (tədris ingilis dilində)
1 141174 Neft-qaz mühəndisliyi (tədris ingilis dilində)
1 141199 Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində)

 

ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say

(nəfər)

İxtisasın kodu İxtisasın adı
16 131113 Kompüter elmləri (tədris ingilis dilində)
1 131138 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində)
8 131146 İnformasiya texnologiyaları (tədris ingilis dilində)
4 131154 Kompüter mühəndisliyi (tədris ingilis dilində)
32 131162 Biznesin idarə edilməsi (tədris ingilis dilində)
14 131179 İqtisadiyyat (tədris ingilis dilində)
21 131187 Maliyyə (tədris ingilis dilində)
31 131195 Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
23 131219 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində)
30 131227 Hüquqşünaslıq (tədris ingilis dilində)
10 131235 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)

 

SAT imtahanı nəticələrinə əsasən ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say

(nəfər)

İxtisasın kodu İxtisasın adı
20 131113 Kompüter elmləri (tədris ingilis dilində)
9 131121 Riyaziyyat (tədris ingilis dilində)
12 131138 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində)
22 131146 İnformasiya texnologiyaları (tədris ingilis dilində)
17 131154 Kompüter mühəndisliyi (tədris ingilis dilində)
27 131162 Biznesin idarə edilməsi (tədris ingilis dilində)
12 131179 İqtisadiyyat (tədris ingilis dilində)
16 131187 Maliyyə (tədris ingilis dilində)
25 131195 Beynəlxalq münasibətlər (tədris ingilis dilində)
25 131219 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində)
7 131235 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)

 

terefsiz.az